Aİ ABŞ-ı Rusiyanın aktivlərini əlindən almaq istəməsinə görə qınadı
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard deyib ki, ABŞ-ın dondurulmuş Rusiya aktivlərindən Ukraynaya hərbi yardımı maliyyələşdirmək üçün istifadə etmək planları beynəlxalq hüququ poza bilər.
Valyuta.az xəbər verir ki, bu barədə Financial Times (FT) yazır .
Laqarda görə, aktivlərin dondurulmasından müsadirə və sonrakı sərəncama keçidlə bağlı çox diqqətli olmaq lazımdır, çünki bu senaridə ehtiyatsız hərəkətlər “qorumaq istədiyimiz beynəlxalq nizamın pozulmasına gətirib çıxara bilər; o nizama ki, Rusiyanın hörmət etməsini istərdik”.
Bundan əlavə, Laqard aydınlaşdırıb ki, aktivlərin müsadirəsi prosedurunun özü beynəlxalq hüquq və nizam, maliyyə sabitliyi və məsuliyyətlə bağlı bir sıra məsələləri gündəmə gətirir.
Bundan əvvəl G7 ölkələri Rusiyanın xaricdəki pul aktivlərinin dondurulduğunu bir daha təsdiqlədilər və onlardan istifadə imkanlarını araşdırmağa davam edəcəklərini bəyan ediblər.
Daha əvvəl Aİ bəyan etmişdi ki, onlar Rusiyanın aktivlərinin Ukrayna üçün istifadəsinə reaksiyasından qorxmurlar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay