Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
Böyük Britaniyada yeni qanun qüvvəyə minib.
Valyuta.az xəbər verir ki, gələcək nəslin siqaretdən istifadəsini ömürlük qadağan edən qanun layihəsi Böyük Britaniya parlamenti tərəfindən təsdiqlənib. Belə ki, “Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulan uşaqlara siqaret satışı qadağan edilib. Qanuna görə, 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər. Layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 nəfər isə buna qarşı çıxıb.
Qanun Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb. Hakim partiya parlamentdə səsvermə zamanı deputatların istədikləri səsi verməkdə azad olacağını vurğulayıb. Bununla belə, qanunun ana müxalifətdəki İşçi Partiyası və Liberal Demokrat Partiyasından olan deputatların səsləri ilə qəbul ediləcəyi gözlənilirdi. Qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edir.
Tütündən istifadə ölkədə qeydə alınan çoxsaylı ölüm səbəblərindəndir. Demək olar ki, hər dəqiqə bir insan infarkt, insult və ağciyər xərçəngi kimi siqaretlə əlaqəli səbəblərdən xəstəxanaya yerləşdirilir. Ölkənin səhiyyə naziri Viktoriya Atkins qanunun minlərlə insanın həyatını xilas edəcəyini və ölkənin səhiyyə sisteminə təzyiqi azaldacağını bildirib. Qanuna görə uşaqlara tütün və ya elektron siqaret satıldığı aşkarlanan bazarlarda dərhal 100 funt-sterlinq cərimə tətbiq ediləcək. Bu cərimələrdən əldə edilən gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf olunacaq.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay