Bayden Çindən polad və alüminiuma daha yüksək tariflər tələb edir
ABŞ prezidenti Co Bayden ölkənin ticarət missiyasını haqsız rəqabət şəraitində Çindən gələn polad və alüminium üçün tarif dərəcələrinin artırılması üzərində işləməyə çağırıb.
Valyuta.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Bu metallardan hazırlanan Çin məhsulları üzrə cari nisbət 7,5% təşkil edir. Rüsumların üç dəfə artırılması təklif edilir.
Ötən həftənin sonunda Vaşinqton Rusiya mənşəli alüminium, mis və nikelin idxalına qadağa qoyub. Məhdudiyyətlər 13 aprel 2024-cü ildən sonra çıxarılan metallara şamil edilir. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bu qərarı siyasiləşdirilmiş addım adlandıraraq, bunun "seçkisiz atışma" olduğunu deyib.
Bazar yeni anti-Rusiya sanksiyalarına artımla reaksiya verib. Bazar ertəsi London Metal Birjasında alüminium və nikelin qiymətləri 8-9% bahalaşıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay