Litva altı aylıq fasilədən sonra Rusiya taxılının alışını bərpa edib
2024-cü ilin fevralında Litva Rusiyadan 1,95 milyon avroya 12,2 min ton taxıl alıb.
Valyuta.az xəbər verir ki, həmçinin, qışın sonunda Latviya idxalını artıraraq Rusiyadan 10 milyon avroya 58,8 min ton taxıl alıb. Avropa İttifaqı (Aİ) ölkələri bütövlükdə fevralda 16,9 milyon avroya 92,6 min ton Rusiya taxılı idxal edib.
Litva 2023-cü ilin mayında Rusiya taxılının idxalını dayandırıb. Son çatdırılma elə həmin ilin iyulunda edilib.
Mart ayında Litvanın Kənd Təsərrüfatı Nazirliyi Rusiya və Belarusdan Aİ-yə taxıl idxalına qadağa qoymağa çağırıb. Departament Avropa Komissiyasına (AK) müvafiq müraciət göndərib və ona Latviya, Estoniya, Polşa və Çexiyanın kənd təsərrüfatı nazirləri də qoşulub. Polşa AK-ni Rusiya və Belarus məhsullarına tam qadağa tətbiq etməyə çağırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay