İsrailə hücum 11 Sentyabr hadisələrindən sonra ən böyük uçuş pozuntusuna səbəb oldu
İranın İsrailə hücumundan sonra iki gün ərzində ən azı 12 iri aviaşirkət uçuşları ləğv etməli və ya marşrutunu dəyişməli olub.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, onların arasında Almaniyanın "Lufthansa", Avstraliyanın "Qantas", həmçinin "United Airlines" və "Air India" şirkətləri də olub.
OPSFROUP aviaşirkətinin və hava limanı konsaltinq şirkətinin təsisçisi Mark Zee 2001-ci il sentyabrın 11-də törədilən terror aktının nəticələrini indiki hadisə ilə müqayisə edib: "Biz o vaxtdan bəri bir çox fərqli hava məkanının bu qədər sürətlə bağlandığı və bu, xaos yaratdığı bir vəziyyətlə üzləşməmişdik".
"Reuters" qeyd edib ki, İran üzərindəki hava məkanından Avropa və Asiya arasında uçan təyyarələr istifadə edir. Mark Zee kəsintilərin daha bir neçə gün davam edəcəyini bildirib.
Aprelin 14-nə keçən gecə Yaxın Şərqdə eskalasiya ilə əlaqədar hava məkanı İsrail, İran, İordaniya, İraq və Livan tərəfindən bağlanıb.
İran İsrail ərazisinə 300-ə yaxın pilotsuz təyyarə və raket atıb. İran bunu aprelin 1-də Dəməşqdəki konsulluğuna hücuma cavab adlandırıb. İsrail hədəflərinin 99%-dən çoxunu ələ keçirdiyini iddia edir və hücumdan dəyən zərəri kiçik adlandırır. "ABC News"un məlumatına görə, İranın ən azı 9 raketi İsrailin iki hava bazasını vurub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay