ABŞ Rusiyanın aktivlərindən əldə etdiyi gəlirdən Ukraynaya kredit verə bilər
ABŞ Rusiyanın xaricdə yerləşən dondurulmuş aktivlərindən əldə etdiyi gəlirlə Kiyevə on milyardlarla avro borc verməyi təklif edib.
Valyuta.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti yazıb.
"Birləşmiş Ştatlar Qərb ölkələri tərəfindən dondurulmuş Rusiyanın dövlət aktivlərindən gələcək mənfəətlə təmin olunmaqla Ukraynaya on milyardlarla avro kredit verməyi təklif edib", deyə nəşr qeyd edib.
Qəzet ABŞ prezidentinin beynəlxalq iqtisadiyyat üzrə müşavirinin müavini Dalip Sinqhdən sitat gətirir. O qeyd edir ki, Qərb Ukrayna üçün dondurulmuş aktivlərin dəyərini artırmaq üçün bütün mümkün yolları araşdırmalıdır.
Ekspert əlavə edib ki, ABŞ-ın təklifi "dondurulmuş aktivlər üzrə gələcək faizlərin cari dəyərinin istiqrazlar və ya borclar vasitəsilə" müəyyən edilməsini nəzərdə tutur. Onun sözlərinə görə, avropalılar artıq aktivlərdən Ukraynaya "faiz köçürməyə" hazır olduqlarını bildiriblər.
Qəzetin məlumatına görə, müvafiq təklif G7 ölkələrinin maliyyə nazirləri tərəfindən aprelin sonunda Dünya Bankı və BVF-nin Vaşinqtonda keçiriləcək yaz toplantıları çərçivəsində müzakirə olunacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay