Qızılın qiyməti tarixi rekorda imza atdı
Birjada qızılın qiyməti aprelin 12-də ilk dəfə olaraq bir unsiya üçün 2400 dolları ötərək yeni tarixi maksimuma çatıb.
Valyuta.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 10.47-də "Comex" birjasında iyun ayı qızıl fyuçerslərinin kotirovkaları 1,63% artaraq 1 unsiya üçün 2 411,3 dollar olub. 2024-cü ilin əvvəlindən qiymətli metal dünya bazarında təxminən 5% bahalaşıb.
Üstəlik, əvvəlki maksimum cəmi bir neçə gün əvvəl, aprelin 8-də qeydə alınıb. Həmin gün qızılın qiyməti ilk dəfə olaraq unsiya üçün 2360 dolları keçib.
Analitiklər əmindirlər ki, ABŞ Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsini ilk dəfə endirməsi qiymətli metalın dəyərini daha da yüksəldəcək. Onlar izah ediblər ki, Amerika Mərkəzi Bankının pul siyasətini yumşaltması birjada satılan investisiya fondları tərəfindən qızıl alışının yeni dalğasına səbəb olur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay