"Fitch" Çinin reytinq proqnozunu aşağı saldı
"Fitch" analitikləri Çinin xarici valyutada uzunmüddətli kredit reytinqinin proqnozunu sabitdən mənfiyə endirib.
Valyuta.az xəbər verir ki, bu barədə beynəlxalq agentliyin press-relizində deyilir.
"Reytinqin yenidən nəzərdən keçirilməsi Çinin artan maliyyə risklərini əks etdirir, çünki ölkə əmlaka əsaslanan böyümə modelindən hökumətin daha dayanıqlı hesab etdiyi modelə keçid fonunda getdikcə qeyri-müəyyən iqtisadi mənzərə ilə üzləşir", deyə bildirilir.
"Fitch"in proqnozuna görə, Çinin bu il iqtisadi artımı bir il əvvəlki 5,2%-dən 4,5%-ə qədər yavaşlayacaq. Hökumətin büdcə kəsiri ÜDM-in 7,1%-nə qədər artacaq ki, bu da Pekinin ölkədə COVID əleyhinə sərt məhdudiyyətlər tətbiq etdiyi 2022-ci ildən bəri ən yüksək göstərici (8,6%) olacaq. Müqayisə üçün deyək ki, keçən ilin sonunda Çin dövlət büdcəsinin kəsiri ÜDM-in 5,8%-ni, 2015-2019-cu illərdə orta göstərici 3,1%-ni təşkil edib.
Daha əvvəl "Business Insider" yazıb ki, Çin daşınmaz əmlak bazarındakı böhran səbəbindən Yaponiyanın iqtisadi möcüzəsinin sonu kimi iqtisadi tənəzzüllə üzləşir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay