"Shell" London birjasını tərk edəcək
Neft-qaz şirkəti "Shell" London birjasını tərk edərək Nyu-Yorkda listinqi mümkün hesab edir.
Valyuta.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti şirkətin baş direktoru Vael Savana istinadən yazıb.
Savanın sözlərinə görə, investorlar indi "Shell" səhmlərini aşağı qiymətləndirirlər. Beləliklə, o, "Shell"in (230 milyard dollar) və səhmləri Nyu-Yorkda satılan rəqiblərinin - "Exxon Mobil" (480 milyard dollar) və "Chevron"un (300 milyard dollar) kapitallaşmasında boşluğa işarə edib.
"The Telegraph" qeyd edir ki, ənənəvi olaraq neft, qaz və mədən korporasiyaları arasında populyar olan London Fond Birjası son vaxtlar ESG (ətraf mühit, sosial və idarəetmə) gündəliyinə investorların marağının artması səbəbindən mədənçıxarma sektorunda daha çox şirkətin getdiyini müşahidə edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay