Rusiya neft və qazının Aİ-yə tədarükünü məhdudlaşdırmağın yeni üsulu təklif edildi
Avropa Parlamentinin İsveçdən olan üzvü Helen Fritszon sanksiyalardan yayınaraq, Rusiya neft və qazının Avropa İttifaqına tədarükünü məhdudlaşdırmağın yeni üsulunu təklif edib.
Valyuta.az xəbər verir ki, o, Avropa Komissiyasına Rusiyadan tədarükün qarşısını almaq üçün bütün enerji resurslarının mənşəyini qeyd etmək təklifi ilə müraciət edib.
Fritszonun sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı sanksiyalarından hələ də yayınmaqda davam davam edənlər və qadağalara baxmayaraq, neft və qaz Avropaya axmaqda davam edir. O, neft və qazın mənşəyini izləmək və Rusiyadan idxal cəhdlərini dayandırmaq üçün Aİ-yə idxal edilən bütün qalıq yanacaqlar üçün etiketləmə sisteminin yaradılmasının vacibliyini vurğulayıb.
Fritszon xatırladıb ki, qalıq ehtiyatlarından istifadə edərək məhsulların etiketlənməsi ilə bağlı oxşar təklif hələ 2011-ci ildə baxılmaq üçün AK-yə təqdim edilib, lakin danışıqlardan sonra bu təşəbbüs rədd edilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay