Dünya
10.04.2024 / 22:33
Türk iş adamına qarşı ittiham: 103 milyon saxta dollar tapıldı
45988
Almaniyada türk şirkətinin anbarında ölkə tarixinin ən böyük saxta pul əməliyyatı basqını həyata keçirilib.
Valyuta.az xəbər verir ki, polis Hamburq və Jübek şəhərlərində keçirdiyi reyd zamanı 103 milyon saxta ABŞ dolları ələ keçirib.
Türkiyəli iş adamı bu məsələdə ittiham olunur. Polis pulun avtomobil ehtiyat hissələri ilə məşğul olan Talip G.-nin (42) anbarında tapıldığını açıqlayıb.
Basqın zamanı evdə olmayan Talip G.-nin Türkiyədə tətildə olduğu bildirilir. Şübhəlinin pulu Türkiyədə saxtakarlıqla əldə etdiyi və ABŞ bazarına çıxarmaq üçün fürsət gözlədiyi iddia edilir. Xəbərdarlığın ABŞ Baş Konsulluğu tərəfindən edildiyi öyrənilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay