Finlər 20 faiz endirimə baxmayaraq, rusların əmlaklarını satın almır
Rusiya Federasiyasının vətəndaşları Finlandiyada daşınmaz əmlaklarını sata bilməzlər. Ruslar demək olar ki, ümidsiz vəziyyətdədirlər
Valyuta.az xəbər verir ki, bu barədə "Business FM" məlumat yayıb.
Finlər 20%-ə qədər endirimlərə və MDB ölkələrində bank hesabları olan satıcılara baxmayaraq, ruslardan mənzil almağa maraq göstərmirlər. Əsas səbəblərdən biri Rusiya vətəndaşlarının evlərində yerli alıcıların zövqünə uyğun gəlməyən memarlıq həlləridir.
"Finlandiyada özlərinə ev tikən zaman bir çox insan özünü tam ifadə edirdi: mərmərdən saraylar, nəhəng evlər gördüm. Finlər daha təvazökar yaşamağa və daşınmaz əmlak almağa öyrəşiblər", deyə "İdem" konsaltinq şirkətinin baş direktorunun müavini Nikolay Paşkov bildirib.
Finlər arasında ruslar tərəfindən təklif olunan lotlara tələbatın az olmasının digər səbəbi, yerli qanunlara əsasən, satıcının daşınmaz əmlakın satışına üç il ərzində cavabdeh olacağına inamın olmamasıdır.
Samir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay