Boeing Alyaska Hava Yollarına 160 milyon dollar ödədi – Səbəb
Təyyarə istehsalçısı Boeing yanvar ayında Boeing 737 MAX təyyarəsi ilə baş vermiş insidentdən sonra Alyaska Hava Yollarına 160 milyon dollar təzminat ödəyib.
Valyuta.az xəbər verir ki, təyyarə təzyiqin azalması səbəbindən havaya qalxdıqdan qısa müddət sonra təcili eniş edib və gövdənin bir hissəsini itirib.
Alaska Airlines vəsaitlərin minlərlə uçuşun ləğv edildiyi "ilin ilk üç ayı ərzində itirilmiş gəlirləri əvəz etmək" üçün istifadə ediləcəyini bildirib. Bundan əlavə, aviaşirkət yaxın aylarda əlavə ödənişlər gözləyir. Yanvar ayında aviaşirkət təqribən 150 milyon dollar zərər görəcəyini açıqlamışdı.
Boeing ödənişlə bağlı şərh verməyib, lakin daha əvvəl xəbərdarlıq edib ki, birinci rübdə planlaşdırılandan ən azı 4 milyard dollar çox xərcləməyi gözləyir.
Yanvar ayında Boeing 737 MAX ilə bağlı fövqəladə hadisədən sonra Federal Aviasiya İdarəsi (FAA) bu tip təyyarələrin istismarını müvəqqəti dayandırmaq və yoxlamalar aparmaq əmri verib. Yoxlamalar altı həftə davam edib və həm Boeing, həm də təyyarənin gövdəsini istehsal edən Spirit AeroSystems-ə təsir edib. Mart ayında The New York Times Boeing-in 89 FAA yoxlamasından 33-də uğursuz olduğunu bildirib.
Boeing 737 dar gövdəli, qısa və orta məsafəli sərnişin və nəqliyyat təyyarələri ailəsidir. Təyyarə korporasiya tərəfindən 1967-ci ildən istehsal olunur. Boeing 737 mülki aviasiya tarixində ən populyar sərnişin təyyarəsi olub; on mininci təyyarə 13 mart 2018-ci ildə təhvil verilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay