Yaponiya Rusiyaya 164 malın ixracına qadağa qoyub
Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar anti-Rusiya sanksiyaları çərçivəsində Rusiyaya əlavə 164 kateqoriya malın ixracına qadağa qoyub.
Valyuta.az-ın məlumatına görə, bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bildirib.
O cümlədən, qadağa avtomobil mühərrikləri, litium-ion və nikel-metalhidrid akkumulyatorlar, qaz və neft kəmərləri üçün borular, nitroselüloz, üzən kranlar və doklar, üzən və sualtı qazma və hasilat platformaları, yaxtalar, gəzinti və idman gəmiləri, kayaklar, kanolar, yanğınsöndürən qayıqlar üçün yağın tədarükünə şamil edilir.
Sanksiya siyahısına qeyri-üzvi kimyəvi maddələr, o cümlədən hidrogen xlorid və alüminium hidroksid, renium və onun emal tullantıları, bəzi adi metal məmulatları və əl elektrik alətləri, o cümlədən şlifləmə aparatları, ağac, sərt rezin və plastik emalı üçün maşınlar daxildir.
Bundan əlavə, mikrotomlar və termostatlar da daxil olmaqla, müəyyən növ optik və ölçü avadanlığı məhdudiyyətlərə məruz qaldı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay