Dünya
04.04.2024 / 22:14
Qazaxıstan səfirliklərdə VÖEN almağa icazə verdi
45649
Əcnəbilər fərdi identifikasiya nömrəsini aprelin 13-dən etibarən Qazaxıstanın 96 səfirlik və konsulluğunda əldə edə biləcəklər.
Valyuta.az xəbər verir ki, bu barədə “Zakon” respublikanın Xarici İşlər, Daxili İşlər və Rəqəmsal İnkişaf nazirliklərinin qərarına istinadən yazır.
Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf Nazirliyi 31 dekabr 2024-cü il tarixinədək xarici qurumlar vasitəsilə dövlət xidmətlərinin göstərilməsi üzrə pilot layihəni işə salıb.
VÖEN almaq üçün əcnəbi şəxsən xarici pasportu və onun surətini Qazaxıstanın səfirliyinə və ya konsulluğuna təqdim etməli və müvafiq ərizəni doldurmalıdır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay