Bu ölkədə İlon Maskın peyklərindən qanunsuz istifadə olunur
Vətəndaş müharibəsinin getdiyi Sudanda insanlar texnologiya milyarderi İlon Maskın “Starlink” peyklərindən qeyri-qanuni istifadə edərək internetə qoşulurlar.
Valyuta.az xəbər verir ki, “SpaceX” tərəfindən istehsal edilən peyklər vətəndaş müharibəsinin davam etdiyi Sudanda qanuni olaraq satılmır. Fransanın AFP xəbər agentliyinə danışan və kimliyini açıqlamayan bir satıcı cihazların Liviya, Cənubi Sudan və ya Eritreyadan ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyini söylədi. Paytaxt Xartumdan təxminən 120 kilometr cənubda internet kafe işlədən Muhammed Bellah, peyklərdən istifadənin baha olduğunu, yalnız üç gün müddətində bunun pulunu ödəməyin mümkünlüyünü söyləyib.
Sudan hökuməti dekabr ayında “Starlink” cihazlarından istifadəni qadağan edib. Lakin AFP-də yer alan xəbərlərə əsasən, onlar gizli yolla ölkəyə gətirilərək icarəyə verilir və ciddi gəlir əldə olunur. “Starlink”dən istifadə edən internet kafe sahibi qaçaqmalçıların hər gün ondan 140 dollar tələb etdiyini bildirib.
Sudanlılar, xüsusilə internet üzərindən pul köçürmə əməliyyatlarında Starlink peyklərindən faydalandıqlarını bildirirlər. Tambul şəhərində yaşayan 43 yaşlı Ariş Əhməd həyat yoldaşının göndərdiyi onlara Qətərdən pulu almaq üçün 12 yaşlı oğlu ilə birlikdə “Starlink” cihazının quraşdırıldığı əraziyə hər gün 5 kilometr piyada getdiyini bildirib.
Mask Ukrayna müharibəsində Kiyev administrasiyasına dəstək olmaq üçün 2022-ci ildə Starlink peyklərini orbitə çıxarıb. Lakin o, Sudana analoji yardım göstərməyib. Həmçinin Mask “SpaceX” peyklərin qeyri-qanuni istifadəsi ilə bağlı sualları cavablandırmayıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay