İqtisadçı Tayvanda baş verən zəlzələnin nəticələrini açıqladı
Tayvanda son onilliklərin ən güclü zəlzələsi elektronika, məişət texnikası və avtomobillərin qiymətlərini əhəmiyyətli dərəcədə artıra bilər.
Valyuta.az xəbər verir ki, bu barədə iqtisad elmləri doktoru, G. V. Plexanov adına Rusiya İqtisad Universitetinin professoru Yuri Lyandau RİAMO-ya müsahibəsində bildirib. O qeyd edib ki, fövqəladə vəziyyət TSMC, UMC, LASER Technology və digər yüksək texnologiyalı şirkətlərin işinə təsir edib.
“Pandemiya başlayandan sonra da biz bütün dünyada mikroçip çatışmazlığını gördük. Əgər zəlzələ səbəbindən fabriklər indi bağlansa, dünya mikroçiplərin tədarükündən məhrum olacaq. Təbii ki, onların qiymətləri dərhal artacaq. Bu da öz növbəsində kompüterlərin, smartfonların, elektronikanın, məişət texnikasının və hətta avtomobillərin bahalaşmasına səbəb olacaq”, - Landau bildirib.
O xatırladıb ki, müasir avtomobillər bort kompüterləri və multimedia tabloları ilə təchiz olunub ki, onlar da mikroçiplər tələb edir.
Aprelin 3-də Tayvanda son 25 ilin ən güclü zəlzələsi qeydə alınıb. Güc 7,7-yə çatıb. Dövlət meteoroloji xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Hualien şəhərindən təxminən 18 kilometr cənub-qərbdə yerləşib. Adada ən azı 26 bina dağılıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay