Rusiya Yaponiyaya neft tədarükünü bərpa etməyə hazır olduğunu açıqladı
Rusiya Yaponiyaya neft tədarükünü normal şəraitdə, xüsusən də qiymət tavanı mexanizmindən imtina edərsə, bərpa etməyə hazırdır.
Valyuta.az xəbər ki, bu barədə Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrev TASS agentliyinə müsahibəsində bildirib.
Diplomat xatırladıb ki, Yaponiya həmişə neft-qaz sahəsində Rusiya ilə əməkdaşlığı şaxələndirmənin əsas istiqamətlərindən biri hesab edib. Bu illər ərzində qonşu dövlət layiqli miqdarda Rusiya qazı və neftini idxal edib. Tokionun qiymət tavanı mexanizminə qoşulmaq qərarından sonra bu cür əməkdaşlıq dayandırılıb.
Nozdrevin sözlərinə görə, hələ 2023-cü ilin yazında Yaponiya şirkətləri ABŞ-ın sanksiyalarından qorxaraq, Rusiya neftinin alınmasını tamamilə dayandırıblar.
"Beynəlxalq kommersiya təcrübələrinə uyğun gələn normal şərtlərlə biz bu əməkdaşlığı bərpa etməyə hazır olacağıq", - Rusiya səfiri vurğulayıb.
Rusiyanın Ukraynaya geniş işğal müharibəsi başlayandan sonra Yaponiya da ABŞ-ın bir çox digər müttəfiqləri kimi Rusiyaya qarşı sanksiyalara qoşulub. Bu il martın əvvəlində Tokio Rusiya Federasiyası ilə əlaqəli 12 şəxsə və 36 təşkilata qarşı sanksiyalar tətbiq edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay