Bir il ərzində ən çox varlanan 5 rusiyalı
"Krasnoe & White" şirkətinin təsisçisi Sergey Studennikov "Forbes" tərəfindən bir il ərzində ən çox varlanan rus kimi tanınıb.
Valyuta.az xəbər verir ki, il ərzində milyarderin sərvəti 113% artıb. Sahibkarın kapitalı hazırda 3,2 milyard dollar qiymətləndirilir.
Kapitalını əhəmiyyətli dərəcədə artıran ruslar arasında ikinci yerdə Boru Metallurgiya Şirkətinin (TMK) və "Sinara" qrupunun keçmiş sahibi Dmitri Pumpyanskidir. İl ərzində onun sərvəti 94% artaraq 3,3 milyard dollara çatıb.
İlk "üçlüy"ü Region İnvestisiya Qrupunun əsas sahibi Sergey Sudarikov qapayır. Milyarderin kapitalı 12 ayda 80% artaraq 1,8 milyard dollara çatıb.
İlk "beşliy"ə həmçinin İrkutsk Neft Şirkətinin (INK) təsisçisi Nikolay Buynov (+74%, 3,3 milyard dollar) və Tatarıstanın birinci prezidentinin böyük oğlu Ayrat Şaymiyev (+71%, 2,4 milyard dollar) daxil olub.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay