Hermes və Fendi QUM-da butiklərini bağladı
2022-ci ildə Rusiyadakı butiklərini müvəqqəti bağlayan Fransız moda evi Hermes və İtalyan Fendi nəhayət Moskva QUM-u (Baş Univarsal Maqazin. – red.) tərk edib.
Valyuta.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Bildirilir ki, bu mağazaların Rusiyadakı törəmə şirkətlərindən (“Ermes Rus” ASC və “Fendi Ru” MMC) icarə müqavilələri 2023-cü il dekabrın 31-dək qüvvədə olub.
QUM Hermes və Fendi-nin artıq binaları tutmadığını təsdiqləyib. Hazırda Fendi-nin yerində İtaliyanın Pinko moda evinin mağazası yerləşir və Hermes-in sahəsi ilə bağlı müraciət edənlərlə danışıqlar aparılır.
Bundan əlavə, Fendi-nin Rusiya hüquqi şəxsinin məlumatına görə, bu il Rusiyadakı bütün mağazalarını həmişəlik bağlayacaq.
2022-ci ilin yazından başlayaraq Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar bir çox Qərb şirkətləri, məsələn, McDonald's , The Coca-Cola Export Corporation, Nike Inc, Adidas AG, Inditex SA (Zara, Pull&Bear, Massimo Dutti, Bershka) Rusiya Federasiyasındakı işlərini dayandırmaq və ya ölkə bazarını tamamilə tərk etmək qərarına gəliblər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay