Aİ-nin qara siyahısından çıxmağı bacaran rusların sayı açıqlandı
Son iki ildə yalnız səkkiz rusiyalı Avropa İttifaqının qara siyahısından çıxa bilib.
Valyuta.az xəbər verir ki, bu barədə "EUobserver" portalı məlumat yayıb.
Aİ 2022-ci ilin fevralında Ukraynada münaqişənin başlamasından sonra 2177 fiziki və hüquqi şəxsə viza qadağası qoyub və aktivləri dondurub. Hazırda Aİ-yə qarşı məhkəmə prosesləri davam edir.
Portal yazır ki, sanksiya siyahısından çıxa bilənlərin çoxu bunu "yüksək rütbəli dostların və Aİ pasportlarının iştirakı ilə" verilən məhkəmədənkənar qərarlar sayəsində edib.
"EUobserver" qeyd edir ki, məhkəmə yolu ilə bu siyahıdan cəmi iki nəfər çıxarılıb.
Martın 13-də Avropa İttifaqı "Yandex"in keçmiş rəhbəri Arkadi Voloja qarşı sanksiyaları ləğv etdiyini açıqlayıb. Onunla yanaşı, “AFK Sistema”nın vitse-prezidenti Sergey Mndoyants və “Gecə qurdları” klubunun rəhbəri Yozef Qambalek də siyahıdan çıxarılıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay