Rusiyanın ən varlı adamları ilin əvvəlindən nə qədər varlanıb? – Bloomberg
2024-cü ilin ilk üç ayında Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 18,293 milyard dollar artıb.
Valyuta.az xəbər verir ki. bunu Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatları sübut edir.
Ən çox Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenko artırıb - 5,29 milyard dollar, onun kapitalı 24,1 milyard dollara çatıb.
Ən böyük itkilərə sərvəti 2,8 milyard dollar azalaraq 18,3 milyard dollara enən USM Holdings-in təsisçisi Əlişir Usmanov olub. BBI-nin məlumatına görə, ən zəngin rusların ilk 10-luğuna həmçinin Norilsk Nikel şirkətinin sahibi Vladimir Potanin (31,8 milyard dollar), NLMK-nın benefisiarı Vladimir Lisin (26,9 milyard dollar), NOVATEK-in ortağı Leonid Mixelson (26,7 milyard dollar) və digər milyarderlər daxildir.
Çinin Hurun reytinqinə görə, 2023-cü ildə Rusiyada altı dollar milyarderi artıb. Ölkə 76 milyarderlə dünyada 7-ci yerini qoruyub. Rusiyadan ABŞ, İngiltərə, İsveçrə və Sinqapura “milyarderlərin miqrasiyasının” artması tendensiyası müşahidə olunur.
Bundan əvvəl İlon Maskın yenidən planetin ən varlı adamı olduğu məlum olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay