Dünya
01.04.2024 / 06:15
ABŞ-də 100 milyard dollarlıq data mərkəz yaradılır
45325
ABŞ-nin "Maykrosoft" və “OpenAİ” şirkətləri süni intellektə malik superkompüter üçün platformaya çevriləcək unikal data mərkəzinin yaradılması imkanını müzakirə edirlər.
Valyuta.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə “İnformation” məlumat yayıb.
Məlumata görə, kod adı “Stargate” olan layihənin büdcəsi 100 milyard dollar dəyərində qiymətləndirir. Maliyyələşdirmə "Maykrosoft" tərəfindən təmin ediləcək və “OpenAİ” isə süni intellekt yaratmaq və dəstəkləməyi üzərinə götürüb.
“Stargate”in 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edilib ki, “Stargate” "Maykrosoft"un “OpenAİ” ilə birlikdə yaratmağı planlaşdırdığı bir neçə irimiqyaslı data mərkəzlərindən biri olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay