BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
45324

Dünən Türkiyədə baş tutan özünüidarə orqanlarına seçkilər seçici fəallığı ilə yanaşı, müxtəlif məqamlarla da yadda qalacaq.

Valyuta.az xəbər verir ki, seçkiyə gələn bəzi vətəndaşlar geyimləri ilə diqqət çəkiblər.

Türkiyənin Adana vilayətində vətəndaşlardan biri məntəqəyə kral geyimində, eyni şəhərdə səs verən başqa biri isə milli geyimdə gəlib.

Düzcədə səs verən Türkiyənin milli idmançısı Muhammet Bişgin isə səsini özünün hazırladığı kosmonavt forması ilə verib. Bilgin geyimini Türkiyənin bu il kosmosa göndərdiyi ilk astronavt ilə əlaqələndirərək, ölkəsinin inkişaf etməsindən qürur hissi keçirdiyini və bunu geyimi ilə ifadə etmək istədiyini bildirib.

Şırnak vilayətinin Çizrə rayonunda səsverməyə gələn 77 yaşlı Azim Serim də geyimi ilə diqqət çəkib. Sarı pencək-şalvar geyinən Serim on ildir özünəməxsus rəngarəng paltarlardan istifadə edir.

Uzun illər ölkə daxilində və xaricində Türkiyənin milli kölgə tamaşası “Karagöz ve Hacivat”dan Hacivatı canlandıran sənətçi Bülent Akay seçkiyə personajının geyimi ilə gəlib. Bursalı sənətçi Bahtiyar Keskin isə Karagözün paltarını geyinərək səsini verib.

Tokatın Zile rayonunda isə yerli qadınlar məntəqəyə gələrkən bölgənin milli geyimlərini geyiniblər.

Vətəndaşlar arasında milli geyimlərlə at üzərində səsverməyə gələnlər də olub. Seçkiyə tutuquşu, toyuq kimi canlılarla gələnlər də böyük maraq doğurublar.

Hər zaman olduğu kimi, bu seçkilərdə də səsvermə hüququ olmasına baxmayaraq, müəyyən səbəblərdən seçkiyə gələ bilməyən vətəndaşlar üçün səyyar qutular hazırlanaraq ünvanlara çatdırılıb. Lakin, Türkiyənin Kırklareli vilayətində yaşayan 85 yaşlı yataq xəstəsi olan Ali Mızrak məntəqəyə gedərək səs vermək istədiyini bildirib. O, şəhərin təcili tibbi yardım qruplarının köməyi ilə xərəkdə məntəqəyə gətirilərək səsini verib.

Bu gün Türkiyədə səs verənlər arasında dünyanın ən uzun boylu qadını və kişisi də var idi.

Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda yaşayan, “Dünyanın ən uzun boylu qadını” olaraq “Ginnesin Rekordlar kitabı”na düşən Rumeysa Gelgi 2 metr 15 santimetr boya sahibdir. Mardində yaşayan "Dünyanın ən uzun boylu kişisi" adına sahip Sultan Kösenin boyu isə 2 metr 51 santimetrdir.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

İlham Mirzəliyev vəzifəsindən uzaqlaşdırılır

Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək

Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin