31.03.2024 / 18:10
Mart ayında Moskvada əsrin hava rekordu qırılıb
45313
2024-cü ilin mart ayı Moskvada cari əsrin ən quraq ay olub.
Valyuta.az xəbər verir ki, bu barədə Moskva Meteorologiya Bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova öz "Telegram" kanalında yazıb.
"Mart başa çatır. Moskvada ayın əvvəlindən 9,5 millimetr yağıntı düşüb. Bu, bizə deməyə haqq verir ki, 2024-cü ilin martı paytaxtda cari əsrin ən quraq ayıdır", deyə o, qeyd edib.
Pozdnyakova əlavə edib ki, bu ay 1879-cu ildən bəri ən böyük yağıntı kəsiri olan 10 hadisə arasındadır.
Ekspertin sözlərinə görə, mart ayında yağıntı kəsiri Moskva vilayətində də müşahidə olunub. Rayonda yağış aylıq normanın 45 faizindən çox olmayıb.
Sinoptik quru havanı bir ay ərzində Moskva və regionda hava şəraitini formalaşdıran antisiklonlarla izah edib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay