Yaponların yarıdan çoxu öz maliyyə vəziyyətindən narahatdır
Yaponların 63%-dən çoxu maddi vəziyyətindən narahatdır və gələcəyə mənfi baxır.
Valyuta.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi poçt vasitəsilə aparılan sorğuya istinadən yazır.
Qeyd olunur ki, sorğuda yaşı 18-dən yuxarı olan ölkə vətəndaşları iştirak edib. Ümumilikdə 3 min məktub göndərilib və sorğu iştirakçılarının 57,1%-i cavab verib.
Sorğunun nəticələrinə görə, maddi vəziyyətindən narahat olan və gələcəyə bədbin baxan yaponların sayı rekord həddə - 63,2%-ə çatıb. Respondentlərin 28,2%-i ölkədəki vəziyyətin gənclərin müstəqil olmasına imkan vermədiyini bildirib.
Sorğu iştirakçılarının 25,8%-i işlədikləri mühitdən narazı qalıb. Respondentlərin yalnız 25%-i Yaponiyada tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdığını bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay