Yunan şirkəti "Qazprom"u "bahalı qaza" görə məhkəməyə verir
Yunanıstanın qaz şirkəti "DEPA Emporias" Rusiya tədarükçüsü qaza endirim verməkdən imtina etdiyi üçün "Qazprom"la məhkəmə prosesinə başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə DEPA-nın rəhbəri Konstantinos Xifaras məlumat verib.
"Bizim niyyətimiz problemi ikitərəfli qaydada həll etməkdir və bu istiqamətdə biz bütün imkanları tükətməyə hazırıq. Rəqabətli qiymətə sahib olmalıyıq və hazırda bizdə yoxdur", deyə Xifaras bildirib.
Eyni zamanda yunan şirkətinin rəhbəri qeyd edib ki, DEPA "Qazprom"la açıq əlaqə kanalını saxlayır və məsələ ilə bağlı danışıqları davam etdirir.
Tərəflər arasında Rusiya qazının satış qiymətləri ilə bağlı fikir ayrılığı hələ 2022-ci ilin noyabrında yaranıb. Daha sonra Yunanıstana görə, "Qazprom" rəqabətli qiymətə qaz tədarükü ilə bağlı müqavilənin şərtlərini yerinə yetirməyib. Rusiya tərəfi isə öz növbəsində "Qazprom"dan minimum həcmdə yanacağın məcburi alınması şərtini pozduğuna görə DEPA-dan 400 milyon avro təzminat tələb edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay