Keçmiş birjaçı 25 illlik həbs cəzasına məhkum edildi
Kriptovalyuta birjası FTX-in təsisçisi və keçmiş baş icraçı direktoru Sem Bankmen-Frid 25 il həbs cəzasına məhkum edilib
Valyuta.az xəbər verir ki, o, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunub. Müştərilərinin səkkiz milyard dollardan çox pulunun itirildiyi və bunu ört-basdır etdiyi, həmçinin FTX investorlarını aldatması iddiası ilə ona cinayət işi açılıb.
Prokurorlar keçmiş birjaçının 40 ildən 50 ilə qədər həbsini tələb edib. Müdafiə vəkilləri bunun, ilk dəfə zorakılıq olmayan cinayət və FTX müştərilərinə pullarının geri qaytarılacağını əsas gətirərək, beş ildən altı il yarıma qədər həbs cəzası istəyiblər.
Məhkəmədə Bankman-Frid haqqında 25 il azadlıqdan məhrumedilmə ilə bağlı qərar çıxarılıb. Bildirilib ki, Bankman-Frid hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay