Rusiyanın 150 min ton gübrəsi Latviya və Estoniya limanlarında bloklanıb
Avropa İttifaqının ərazisində, əsasən Latviya və Estoniyada, AB-nin tətbiq etdiyi sanksiyalar kənd təsərrüfatı məhsullarına şamil olunmasa da, təxminən 150 min ton Rusiya gübrəsi blokadada qalır.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” yazır.
“Uralkali” şirkətindən nəşrə bildiriblər ki, BMT-nin vasitəçiliyi ilə bu gübrələrin inkişaf etməkdə olan ölkələrə xeyriyyə məqsədi ilə çatdırılmasının təşkili istiqamətində fəal iş aparılır, lakin cəhdlər indiyədək nəticəsiz qalıb.
Ekspert icması hesab edir ki, Baltikyanı ölkələrin hətta Afrika dövlətlərinə humanitar yardım naminə əməkdaşlıq etmək ehtimalı azdır.
2022-ci ildən (Aİ Ukraynada müharibənin başlaması ilə əlaqədar sanksiyalar tətbiq etdiyi vaxt) Avropa ölkələrinin limanlarında 260 tona yaxın Rusiya gübrəsi yığılıb. O vaxtdan bəri, əsasən Hollandiya və Belçikadan təxminən 111 min ton ixrac edilib. Qalanları isə Latviya və Estoniya limanlarındadır. Xüsusilə, Riqada bloklanmış yalnız bir gəmidə - “Asian Majesty”də 55 min ton kalium gübrəsi “yatır”.
“Estoniya və Latviya Afrikanın maraqlarına tamamilə biganədir. Tamamilə başa düşülən bir problemi həll edirlər - Rusiya üçün bütün sahələrdə maksimum çətinliklər yaradırlar. Əgər bu hərəkətlərdən başqa ölkələr zərər çəkirsə, bu, girov ziyanıdır”, - deyə Baltikyanı Tədqiqatlar Assosiasiyasının prezidenti Nikolay Mezheviç “İzvestiya”ya izahat verib.
BMT-nin məlumatına görə, 2024-cü ildə Qərbi və Mərkəzi Afrikada 49,5 milyon insan ac qalacaq ki, bu da 2023-cü ilə nisbətən 4% çoxdur. Ən çətin vəziyyət Burkina Faso, Mali və Niger kimi ölkələrdədir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay