BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
45042

Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankları ABŞ-ın ikinci dərəcəli sanksiyalarından daha ehtiyatlı olduqları üçün Rusiya neft şirkətləri xam neft və yanacaq ödənişlərində aylara qədər gecikmələrlə üzləşirlər.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Agentliyin fikrincə, ödənişlərin gecikdirilməsi Kremlin gəlirlərini azaldır və onları qeyri-sabit edir, Vaşinqtona sanksiyaların ikili məqsədinə - qlobal enerji axınlarını kəsmədən, onu Ukraynaya qarşı müharibəyə görə cəzalandırmaq üçün Kremlə pul axınını pozmağa imkan verir.

Səkkiz bank və ticarət mənbəsinə görə, Çin, BƏƏ və Türkiyədəki bir neçə bank son həftələrdə sanksiyalara uyğunluq tələblərini sərtləşdirib, bu da Moskvaya pul köçürmələrinin gecikməsinə və ya hətta rədd edilməsinə səbəb olub.

ABŞ-ın ikinci dərəcəli sanksiyalarından qorxan banklar öz müştərilərindən ABŞ SDN (Special Designated Nationals) siyahısında olan heç bir fiziki və ya hüquqi şəxsin əməliyyatda iştirak etmədiyi və ya ödənişin benefisiarı olmadığı barədə yazılı təminat vermələrini xahiş etməyə başlayıblar.

İki mənbə bildirib ki, BƏƏ-də "First Abu Dhabi Bank” (FAB) və "Dubai Islamic Bank” (DIB) Rusiya mallarının ticarəti ilə bağlı bir neçə hesabı bloklayıb.

Dörd mənbənin bildirdiyinə görə, BƏƏ-nin "Mashreq Bank”, Türkiyənin "Ziraat” və "Vakıfbank”, Çin bankları ICBC və "Bank of China” hələ də ödənişləri emal edir, lakin onların işlənməsi həftələr və ya aylar çəkir.

Kremlin sözçüsü Dmitri Peskov Çində bankların ödənişləri ləngitməsi ilə bağlı xəbərlərlə bağlı sualı cavablandırarkən ödənişlərlə bağlı problemlərin olduğunu bildirib.

"Əlbəttə ki, ABŞ və Avropa İttifaqının Çin Xalq Respublikasına misli görünməmiş təzyiqləri davam edir. Bu, təbii ki, müəyyən problemlər yaradır, lakin ticarət-iqtisadi əlaqələrimizin (Çin ilə) daha da inkişafına maneə ola bilməz", deyə Peskov bildirib.

Qərb 2022-ci ilin fevralında Ukraynanı işğal etdikdən sonra Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Qərb Rusiya neftinə 60 dollarlıq qiymət "tavanı” müəyyən edib. 

Rusiya neftinin ixracı və ödənişləri müharibənin ilk aylarında pozulub, lakin sonradan Moskva neft axınını Avropadan uzaq Asiya və Afrikaya yönləndirdiyindən vəziyyət normallaşıb.

"Problemlər dekabr ayından - banklar və şirkətlər ABŞ-ın ikinci dərəcəli sanksiyaları təhlükəsinin real olduğunu başa düşdükdən sonra geri dönüb", deyə ticarət mənbələrindən biri qeyd edib.

Mənbə ABŞ Maliyyə Nazirliyinin 22 dekabr 2023-cü il tarixli qərarına istinad edərək bildirib ki, ABŞ neftin qiymətinin yuxarı həddindən yayındığına görə xarici banklara qarşı sanksiyalar tətbiq edə bilər. Bu, Rusiyanı bəzi ticarət sahələrində İranla bərabər tutaraq ona qarşı ikinci dərəcəli sanksiyaların mümkünlüyü barədə ilk birbaşa xəbərdarlıq olub.

Ticarət mənbələri bildiriblər ki, ABŞ-ın qərarından sonra Rusiya ilə iş aparan Çin, BƏƏ və Türkiyə bankları yoxlamaları artırıb, daha çox sənəd tələb etməyə başlayıb və sövdələşmələrin qiymət tavanına uyğunluğunu yoxlamaq üçün daha çox işçiyə təlim keçiblər.

Əlavə sənədlərə həmçinin əməliyyatda iştirak edən bütün şirkətlərin mülkiyyətinin təfərrüatları və bu qurumlara nəzarət edən şəxslərin şəxsi məlumatları daxil ola bilər ki, banklar SDN siyahısına istənilən təsirləri yoxlaya bilsinlər.

Vəziyyətlə tanış olan bank sahəsində çalışan bir mənbənin sözlərinə görə, fevralın sonlarında BƏƏ bankları, Rusiya qurumu adından Çinə gedən əməliyyatları olduğu təqdirdə ABŞ müxbir banklarına və ABŞ Maliyyə Nazirliyinə məlumat təqdim etmələri istənildiyindən ödənişlərə nəzarəti gücləndirmək məcburiyyətində qalıblar. 

"Bu, Rusiyaya ödənişlərin icrasında gecikmələr deməkdir", deyə mənbələrdən biri bildirib.

Başqa bir mənbə bir ödənişin iki ay gecikdiyini, digəri isə gecikmələrin iki-üç həftə olduğunu söyləyib. 

"Bu, hətta dollarla olmayan əməliyyatları üçün belə çətinləşib. Bəzən birbaşa yuan-rubl əməliyyatı aparmaq həftələr çəkir", deyə treyderlərdən biri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BUTAMED MEDİKAL" məhkəmə qarşısında

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin