Dünya
27.03.2024 / 15:10
Avropa istilik mövsümünü rekord qaz ehtiyatları ilə başa vuracaq
45041
Avropa İttifaqı istilik mövsümünü anbarlardakı qaz ehtiyatlarına görə yeni rekordla başa vura bilər.
Valyuta.az xəbər verir ki, RBC bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (GIE) məlumatlarına istinadən yazır.
Martın 24-nə olan məlumata görə, Avropanın qaz anbarları 59,18% dolu olub və 65,62 milyard kubmetrə yaxın olub. Bu, qeydə alınan ən yüksək göstəricidir. İlkin hesablamalara görə, yanacağın boşaldılmasının hazırkı tempi ilə mart ayının sonuna kimi anbarlar təxminən 58,2% dolu olacaq.
Bundan əvvəlki rekord bir il əvvəl qeydə alınıb. 2023-cü ilin mart ayının sonunda Avropanın yeraltı qaz anbarlarının doluluğu 55,84% təşkil edib, onlarda 61 milyard kubmetrə yaxın qaz saxlanılıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay