Polşa ümid edir ki, Ukraynadan taxıl tranzitini dayandırmağa ehtiyac qalmayacaq
Polşanın kənd təsərrüfatı naziri Çeslav Sekierski ümid edir ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının tranzitini dayandırmağa ehtiyac qalmayacaq.
Valyuta.az xəbər verir ki, “Azadlıq” radiosunun martın 27-də verdiyi məlumata görə, o, bu barədə Brüsseldə jurnalistlərə bildirib.
“Bu, Ukrayna tərəfinin təklifi idi ki, ticarət və taxıl axınının 95%-nin dəniz kanalı və Dunay çayı vasitəsilə getsin, bu, əslində son razılaşmaların həyata keçirilməsidir... ona görə də tranzit tam dayanmalıdır. Ümid edək ki, belə bir həll yoluna ehtiyac qalmayacaq”, - polşalı nazir bildirib.
O aydınlaşdırıb ki, tranzit qadağası, xüsusən də Polşadan süd məhsulları idxal edən Ukraynanın güzgü tədbirlərinə səbəb ola bilər.
"Buna görə də Polşa süd istehsalçıları və emalçıları bununla bağlı razılaşıblar", - rəsmi deyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay