İsveçrə bankları rusların hesablarını bağlayır
Bəzi İsveçrə bankları eyni vaxtda həm İsveçrə, həm də Rusiya pasportuna sahib olan vətəndaşların hesablarını bağlamağa başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Leolex" hüquq bürosunun idarəedici partnyoru Roman Kudinov "Vedomosti"yə müsahibəsində danışıb.
ITSWM şirkətlər qrupunun çoxillik ofisində partnyor Yekaterina Popova da bu təcrübənin İsveçrədə mövcud olduğunu təsdiqləyib.
Kudinov qeyd edib ki, UBS və "Credit Suisse"nin ikili vətəndaşlığı olan bir neçə müştərisi bu problemlə üzləşib. Onların hamısı İsveçrədə vergi ödəyir, lakin Rusiyada gəlir əldə etmir və vergi ödəmir.
Müştərilərlə birlikdə ofis məcburiyyət və ayrı-seçkilik iddiaları daxil olmaqla hüquqi müraciətlərə baxır. UBS nümayəndəsi "Vedomosti"nin sorğusunu şərh etməkdən imtina edib.
Bundan əvvəl rusların türk bankları ilə bağlı problemləri məlum olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay