Qiyməti tarixdə ilk dəfə olaraq 10 min dolları ötdü
Kakao paxlasının dünya qiymətləri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dolları keçərək əvvəlki qiymətdən bir neçə gün sonra yeni rekorda imza atıb.
Valyuta.az xəbər verir ki, bunu "ICE Futures" birjasının məlumatları göstərir.
Çərşənbə axşamı hərracda kakao paxlasının may fyuçersləri hər ton üçün 10,070 dollara yüksəlib. İlin əvvəlindən kotirovkalar artıq 2,4 dəfə, son beş sessiyada isə 20%-dən çox artıb.
Kot-d'İvuarda El Nino fenomeninin yaratdığı anomal isti hava qiymətləri yüksəldir. Ölkə dünyanın ən böyük kakao tədarükçüsüdür. Bu arada, məhsula tələbat yüksək olaraq qalmaqda davam edir.
Kakao paxlası üzrə əvvəlki rekord cümə günü, martın 22-də qeydə alınıb. Xammalın dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 8900 dolları ötüb. Üstəlik, ayyarım əvvəl kakaonun birja qiyməti bir ton üçün 5 min dollardan aşağı idi.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay