SWIFT yeni rəqəmsal valyuta platformasını işə salacaq
Beynəlxalq maliyyə mesajlaşma sistemi SWIFT yaxın illər ərzində yeni rəqəmsal valyuta platforması hazırlamağı və işə salmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Biz növbəti 12-24 ay ərzində platformanı işə salmaq üçün yol xəritəsini nəzərdən keçiririk. Məhsul eksperimental mərhələdən reallığa çevrilən bir şeyə keçir", deyə SWIFT-in innovasiyalar üzrə rəhbəri Nik Keriqan nəşrə müsahibəsində bildirib.
Yeni platformanın məqsədi mərkəzi bankın rəqəmsal valyutalarını mövcud maliyyə sisteminə inteqrasiya etməkdir. Agentlik qeyd edir ki, hazırda dünya mərkəzi banklarının təxminən 90%-i milli virtual valyutaların yaradılması imkanlarını öyrənir.
Beləliklə, CBDC-lər artıq Baham adaları, Nigeriya və Yamaykada fəaliyyət göstərir. Çin elektron yuanın real dünyada sınaqdan keçirilməsi ilə irəliləyib. Avropa Bankı (ECB_ həmçinin rəqəmsal avronu inkişaf etdirir və Beynəlxalq Hesablaşmalar Bankı (BIS) çoxsaylı transsərhəd sınaqlar keçirir.
SWIFT-in əsas üstünlüyü ondan ibarətdir ki, onun mövcud şəbəkəsi artıq 200-dən çox ölkədə mövcuddur və hər gün trilyonlarla dollar göndərmək üçün sistemdən istifadə edən 11 500-dən çox bank və fondu əhatə edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay