Məşhur iqtisadçı yaxınlaşan böhran barədə xəbərdarlıq etdi
2000 və 2008-ci illərin iqtisadi böhran proqnozları ilə tanınan amerikalı iqtisadçı Con Hassman ABŞ fond bazarında mümkün çöküş barədə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, məşhur iqtisadçı yeni böyük böhranın yaxınlaşdığını bildirib.
Hassmanın fikrincə, ABŞ səhmlərində cari satışlar yanvarın ən yüksək göstəricilərindən 60-70 faiz aşağı düşə bilər.
İqtisadçı bəzilərinin Federal Ehtiyat Sisteminin bu il uçot dərəcəsini azaltması perspektivinə əsaslanan optimizmini təhlükəli hesab edir. O xatırladıb ki, bu cür maliyyə şərtləri bazar üçün təhlükəli şərait yaradır.
Hassman vurğulayıb ki, səhmlərin qiymətləndirilməsi indi 1929 və 2021-ci illərdəki bazar çöküşlərindən əvvəl olduğu kimi ekstremal görünür.
Onun sözlərinə görə, investorlar kəskin çöküş riski ilə üzləşirlər. Və o qeyd edib ki, "S&P 500" indeksi (buraya səhmləri Amerika birjalarında satılan 500 aparıcı şirkət daxildir) artıq 200 günlük orta göstəricidən aşağı düşüb.
Ən qorxulusu odur ki, Hussmanın əsas meyarı, qeyri-maliyyə bazar kapitallaşmasının ümumi əlavə dəyərə nisbəti 1929-cu ildəki zirvəyə oxşar səviyyədədir. Bu onu göstərir ki, bugünkü bazar ciddi çöküş ərəfəsində ola bilər.
Birja proqnozları və dəqiqliyi ilə tanınan Hussman xəbərdarlıq edir ki, bazarın cari vəziyyətindən artıq qiymətləndirilməsi hətta dotkom köpüyü zamanı müşahidə olunan səviyyələri də üstələyir.
Amerikalı iqtisadçı Con Hassman "Hussman Investment Trust"a rəhbərlik edir. O, 2000-ci ildə dotkom qəzasını və 2007-2008-ci illərdəki ipoteka böhranını proqnozlaşdırmaqla məşhurlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay