Bu şirkət 1,2 min işçisini ixtisar edəcək - Xərclərə qənaət etmək üçün
Telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson AB” İsveçdə təxminən 1,2 min iş yerini ixtisar edəcək və xərclərə qənaət etmək üçün bir sıra digər tədbirlər görəcək.
“Əvvəlcədən xəbər verdiyimiz kimi, 2024-cü ildə mobil şəbəkə bazarında vəziyyətin çətin olacağını proqnozlaşdırırıq və müştərilərimiz ehtiyatlı davrandıqca satış həcminin azalacağını gözləyirik”, - şirkətin press-relizində deyilir.
Bununla əlaqədar “Ericsson” texnoloji liderliyini qorumaq üçün zəruri olan sahələrə investisiya yatırmağa davam etməklə yanaşı, xərcləri azaltmaq niyyətindədir.
Xərclərin azaldılması üçün işçilərin ixtisarı ilə yanaşı, əməliyyat proseslərinin optimallaşdırılması və istehsal gücünün azaldılması kimi addımlar da atılacaq.
2023-cü ilin sonuna olan məlumata görə, “Ericsson”un qlobal işçi qüvvəsi 99,95 min nəfər olub, İsveçdə isə 14 mindən bir qədər az işçi çalışıb.
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay