Dünya
22.03.2024 / 10:34
Özbəkistanda 5,4 maqnitudalı zəlzələ baş verib
44836
Özbəkistanın paytaxtı Daşkənddə və bu ölkənin bir sıra digər regionlarında zəlzələ baş verib.
Valyuta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Respublika Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 5,4 maqnitudada zəlzələnin episentri Tacikistanda olub: “Zəlzələnin ocağı Daşkənddən 313 km cənub-şərqdə hiss olunub”.
Mərkəzin məlumatına görə, yeraltı təkanlar Daşkənd və Sırdərya vilayətində 2 bal, Əndican və Namanqan vilayətlərində 2-3 bal, Fərqanə vilayətində 3 bal gücündə hiss olunub.
İtki və dağıntılar barədə məlumat daxil olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay