Çin-Aİ birgə maliyyə qrupu Pekində ilk iclasını keçirib
Çin-Avropa İttifaqı (Aİ) Maliyyə İşçi Qrupu martın 18-də və 19-da Pekində ilk iclasını keçirib, iclasda Çin Xalq Bankının (mərkəzi bank) rəhbəri Pan Qunşen və Aİ-nin Çindəki nümayəndəliyinin rəhbəri Xorxe Toledo iştirak edib.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Bankının açıqlamasında deyilir.
"Həm Çin, həm də Aİ maliyyə işçi qrupunun siyasətin koordinasiyası üçün mühüm kommunikasiya kanalına, praktiki problemlərin həlli üçün əsas platformaya və qlobal iqtisadi və maliyyə məsələlərinin müzakirəsi üçün faydalı foruma çevriləcəyinə inanır", - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, hər iki tərəf makroiqtisadi və maliyyə sabitliyi ilə bağlı vəziyyətə baxışını təqdim edib, Çin və Aİ-nin normativ-hüquqi bazasını müzakirə edib. Həmçinin, kapital bazarının qurulması, davamlı maliyyə, transsərhəd məlumatların ötürülməsi və transsərhəd ödənişlər kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Çin-Avropa İttifaqı Maliyyə İşçi Qrupu 2023-cü ilin sentyabrında Çin-Avropa yüksək səviyyəli iqtisadiyyat və ticarət dialoqunun 10-cu raundundan sonra Çin və Aİ arasında maliyyə mübadiləsini və əməkdaşlığı gücləndirmək üçün yaradılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay