Çinin ən böyük developeri fırıldaqçılıqda ittiham edilir
Çinin ən böyük developeri “Evergrande Group” 2019-2020-ci illərdə gəlirlərini 78 milyard ABŞ dolları həcmində artıq göstərməkdə ittiham olunur ki, bu da Çin tarixində ən böyük korporativ defolta səbəb ola bilər.
Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Çinin Qiymətli Kağızlar Komissiyasının materiallarına istinadən məlumat yayıb.
Tənzimləyicinin məlumatlarına görə, “Evergrande”nin bölməsi olan “Hengda Real Estate” qəsdən gəlirlərini 2019-cu ildə 214 milyard yuan (29,7 milyard ABŞ dolları), bir il sonra isə daha 350 milyard yuan (48,6 milyard ABŞ dolları) artıq göstərib. Bu, mənfəətin müvafiq olaraq 63% və 87% şişirdilməsi ilə nəticələnib.
“Qiymətli Kağızlar Komissiyası “Hengda”nı hesabatları saxtalaşdırdığına və 2,89 milyard ABŞ dolları dəyərində qeyri-qanuni istiqraz buraxdığına görə 4,18 milyard yuan (581 milyon ABŞ dolları) cərimələyib”, - agentlik yazıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay