NSPK Ermənistanda “Mir” kartlarına məhdudiyyət qoyulmasına münasibət bildirdi
“Mir” ödəniş sistemi Ermənistan bankları ilə işi məhdudlaşdırmır.
Valyuta.az xəbər verir ki, bu barədə TASS- a Milli Ödəniş Kartları Sisteminin (NSPK) mətbuat xidmətindən bildirilib.
NSPK Rusiya Bankına məxsusdur. Rusiya daxilində bank kartı əməliyyatlarını emal edir, eyni zamanda “Mir” ödəniş sisteminin operatoru, Sürətli Ödəniş Sisteminin (SBP) əməliyyat və ödəniş klirinq mərkəzidir.
“Mir ödəniş sistemi öz tərəfində xarici tərəfdaşlarla işi məhdudlaşdırmır. Bununla belə, “Mir” kartlarının öz cihazlarının şəbəkəsində qəbulu barədə qərar digər ölkələrin bankları tərəfindən müstəqil olaraq qəbul edilir”, – məlumatda deyilir.
Bundan əvvəl RBC Ermənistan VTB nümayəndəsinə və Rusiya bank sistemindəki mənbəyə istinadən yazmışdı ki, martın 30-dan etibarən Ermənistanın əksər banklarının bankomatlarında Rusiya ödəniş sisteminin bank kartları fəaliyyətini dayandıracaq. İstisna VTB Ermənistan Bankının infrastrukturudur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay