Rusiya qazının Avropaya tədarükü gözlənilmədən artıb
2024-cü ilin yanvar-fevral aylarında Rusiyadan Avropa İttifaqı (Aİ) ölkələrinə boru kəməri qazının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 25% artıb.
Valyuta.az xəbər verir ki, TASS bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) məlumatlarına istinadən yazır.
GECF-in məlumatlarına əsasən, iki ay ərzində borular vasitəsilə Aİ-yə mavi yanacağın tədarükü illik ifadədə 6% artaraq 25,7 milyard kubmetrə çatıb.
Yanvar-fevral aylarında Avropaya ümumi boru kəməri idxalının 18%-i Rusiya qazının payına düşüb. Ən böyük təchizatçı olan Norveçin payı 58% təşkil edib. Əvvəllər bildirildiyi kimi, Rusiya Federasiyasından Avropaya tədarükün nəzərəçarpacaq dərəcədə artması Ukrayna ərazisindən və “Türk axını”nın xətlərindən biri ilə təxminən bərabər həcmdə təmin edilib.
Ukrayna ilə Rusiya qazının Avropa İttifaqına tranzitinə dair saziş 2024-cü ilin sonuna qədər qüvvədədir. Tərəflər onun növbəti müddətə uzadılmasını hələ müzakirə etmirlər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay