Avstraliyadan “Uber”ə ağır zərbə! - Taksi sürücülərinin itkisi nəzərə alındı
Taksi sifarişi xidməti “Uber2 avstraliyalı taksi sürücülərinə şirkətin ölkənin nəqliyyat bazarına daxil olması ilə bağlı gəlir itkisini kompensasiya edəcək.
Valyuta.az xəbər verir ki, ABC radiosunun şirkətdəki mənbəyə istinadən verdiyi məlumata görə, ödənişlərin ümumi məbləği 178,5 milyon dolları keçəcək.
Radiostansiyanın məlumatına görə, kompensasiyanın könüllü olaraq ödənilməsi barədə qərar “Uber” tərəfindən 8 min avstraliyalı taksi sürücüsü və avtomobil icarəsi biznesi sahibi adından Maurice Blackburn hüquq firması tərəfindən xidmətə qarşı qaldırılan qrup iddiasının məhkəməsi başlamazdan əvvəl qəbul edilib. İş üzrə ilk iclasın bazar ertəsi, martın 18-də Viktoriya Ali Məhkəməsində keçiriləcəyi gözlənilsə də, razılaşma əldə olunduqdan sonra iclas ləğv edilib.
Maurice Blackburn-un rəhbəri Maykl Donnelli razılaşmanın “Uber”in "hər addımda dişiylə, dırnağıyla mübarizə apardığı" beş illik hüquqi mübarizədən sonra olduğunu söyləyib. O, həmçinin izah edib ki, tənzimləmə nəticəsində 8 mindən çox iddiaçı 240 milyon (təxminən 158 milyon dollar) Avstraliya dollarını öz aralarında bölüşəcək və hər biri üçün kompensasiya məbləği “Uber-in nəqliyyat xidmətləri bazarına girməsi nəticəsində şirkətə dəyən sübut edilmiş maliyyə itkilərinin” məbləğinə əsasən müəyyən ediləcək”.
Əvvəllər Avstraliya səlahiyyətliləri “Uber”i müştəriləri aldatmaqda ittiham etmiş və 2022-ci ilin dekabrında şirkəti buna görə 21 milyon Avstraliya dolları (14,1 milyon dollar) cərimə ödəməyə məcbur etmişdi. Xidmətə həmçinin üç il müddətində səfərin ləğvi üçün hətta minimum rüsumun tutulması qadağan edilib və istifadəçinin həmişə səfərin real qiymətini görməsi üçün taksi tətbiqində dəyişiklik etmək tələb olunub.
“Uber” mobil telefonunuzdakı proqram vasitəsilə şəxsi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən məşhur onlayn avtomobil daşıma xidmətidir. Baş ofisi Kaliforniyanın San Fransisko şəhərində yerləşən şirkət 2009-cu ildə sahibkarlar Travis Kalanick və Garrett Camp tərəfindən təsis edilib. Uber hazırda onlarla ölkədə, həmçinin Azərbaycanda fəaliyyət göstərir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay