Dövlət Duması kriptovalyutanın müsadirə edilməsi imkanını nəzərdən keçirir
Rusiya Federasiyasının Dövlət Duması yaz sessiyası çərçivəsində rəqəmsal aktivlərin müsadirəsi üçün dövlət platformasının yaradılmasını nəzərdə tutan kriptovalyutanın dövriyyəsinin tənzimlənməsi haqqında qanun qəbul edə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, cinayətlərin qarşısının alınması üzrə hökumət komissiyasının rəhbəri, daxili işlər naziri Vladimir Kolokoltsev Maliyyə Nazirliyinə kriptovalyutanın müsadirəsi üçün platformanın yaradılması məsələsi üzərində işləməyi tapşırıb.
Nəşr vurğulayır ki, oxşar təşəbbüs Dövlət Dumasında da dəstəklənir.
BitRiver mədən məlumat mərkəzlərinin ən böyük operatorunun hökumətlə əlaqələr üzrə direktoru Oleq Oqienkonun sözlərinə görə, hazırda rəqəmsal valyutalar qeyri-optimal və tənzimlənməmiş şəkildə ələ keçirilir və saxlanılır. O, müsadirə edilmiş kriptovalyutanın saxlanması üçün dövlət platformasının yaradılması ideyasını dəstəkləyib.
Bundan əvvəl məlum olmuşdu ki, rusiyalı investorlar 2023-cü ilin sonunda kriptovalyutalar üzrə qazanclarına görə ilk 10-luğa daxil olublar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay