Türkiyə ilin sonuna qədər inflyasiyanın 44%-i keçəcəyini gözləyir
Türkiyədə 2024-cü ilin sonuna qədər inflyasiya orta hesabla 44,19% ola bilər.
Valyuta.az xəbər verir ki, bu proqnozu bazar iştirakçıları respublika Mərkəzi Bankının aylıq keçirdiyi sorğuda veriblər.
Sorğuda iştirak edən analitiklərin fikrincə, yaxın 12 ayda (2025-ci ilin martına qədər) inflyasiya 36,7% təşkil edəcək, iki il ərzində isə 22,67%-ə qədər azalacaq.
Türkiyə milli valyutasının məzənnəsinin bu ilin sonuna kimi 1 dollar üçün 40,53 lirəyə kimi ucuzlaşacağı proqnozlaşdırılırdı. 12 ayda lirənin möhkəmlənməsi gözlənilmir. Bazar iştirakçılarının fikrincə, gələn mart ayına kimi dollar 42,79 lirə olacaq.
Ötən həftə Türkiyənin milli valyutası antirekordu yeniləyərək tarixdə ilk dəfə 1 dollar üçün 32 lirədən aşağı düşüb.
Bu arada Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsinin artırılmasına fasilə vermək qərarına gəlib. Son iclasda tənzimləyici onu dəyişməyərək illik 45% səviyyəsində saxlayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay