Media: Çin pulu kəsdi, Argentinanın iki SES-nin tikintisi donduruldu
Argentinanın Santa-Kruz əyalətində Çin tərəfinin ayırdığı maliyyə çatışmazlığı səbəbindən iki bənd su elektrik stansiyasının tikintisi dondurulub.
Valyuta.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, layihə üçün sonuncu transfer 2022-ci ilin noyabrında alınıb. Bu vəsait 2023-cü ilin dekabrına qədər işi davam etdirmək üçün kifayət idi. Yeni ödənişin köçürülməsi üçün hələlik mümkün tarix yoxdur. Nəşrin məlumatına görə, onu almaq üçün prezident Xavyer Miley hökuməti Çin tərəfinə sorğu göndərməlidir.
2023-cü ilin dekabr ayından tikinti sahələrində heç bir iş aparılmadığına görə layihə rəhbərliyi 1,8 min nəfəri işdən çıxarmaq qərarına gəlib. Əgər maliyyələşmə bərpa olunarsa, iş yerləri bərpa olunacaq.
Argentina və Çin 2014-cü ildə keçmiş prezident Kristina Fernandes de Kirçner dövründə layihənin maliyyələşdirilməsinə dair razılığa gəliblər. İndiyədək Çin bankları 4,7 milyard dollarlıq kreditin 1,85 milyard dollarını köçürüb. Su elektrik stansiyalarının 2020-ci ildə işə başlaması nəzərdə tutulub, lakin indi tamamlanma müddəti 2027-ci ilə təxirə salınıb. Layihənin 54%-i Çinin Gezhouba şirkətinə məxsusdur.
Miley Argentina prezidenti vəzifəsinə 10 dekabr 2023-cü ildə başlayıb. Seçki kampaniyası zamanı siyasətçi bu dövlətlərin siyasətləri ilə razılaşmadığı üçün Braziliya, Çin və Rusiya ilə dövlətlərarası münasibətləri inkişaf etdirmək niyyətində olmadığını bildirsə də, eyni zamanda özəl biznesin bizneslə məşğul olmasına mane olmayacağını bəyan edib. Miley Argentinanın prioritet müttəfiqlərini İsrail və ABŞ hesab edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay