Gürcüstanın xarici ticarəti kəskin azalıb
Gürcüstanın xarici ticarət dövriyyəsi 2024-cü ilin yanvar-fevral aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5% azalaraq 2,9 milyard dollar (mütəşəkkil olmayan ticarət istisna olmaqla) təşkil edib.
Valyuta.az xəbər verir ki, hesabat dövründə ölkəyə 2,1 milyard ABŞ dolları dəyərində məhsul idxal edilib. Bu da 2023-cü ilin yanvar-fevral aylarının göstəricisindən 2% azdır.
İxrac 803 milyon dollardan çox olub ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 12,2% azdır. Gürcüstanın mənfi ticarət saldosu 1,3 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 5,3% çoxdur.
2023-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 12,5% artaraq 21,5 milyard dollar təşkil edib (mütəşəkkil olmayan ticarət istisna olmaqla), ötən il Gürcüstan məhsulları təxminən 6,1 milyard dollar həcmində ixrac edilib ki, bu da 2022-ci illə müqayisədə demək olar ki, 9,1 faiz çoxdur.
Hesabat dövründə ölkəyə 15,4 milyard dollarlıq məhsul idxal edilib ki, bu da 2022-ci illə müqayisədə 14% çoxdur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay