Tələbənin 400 min dollar ianə topladığı bomj cinayətkar çıxdı
ABŞ- da "TikTok" istifadəçisinin evsiz bir insan üçün 400 min dollar toplaması müzakirələrə səbəb olub.
Valyuta.az xəbər verir ki, Sanai Qraden adlı sosial şəbəkə istifadəçisi yayımladığı videoda Alonzo Duqlas Hebron adlı bomjla keçirdiyi bir günü paylaşıb. Evsiz Hebron üçün yemək aldıqdan sonra Qreden onu xəstəxanaya aparıb, müalicəsinin pulunu ödəyib və ona oteldə kirayə otaq tutub. Kaliforniyada Berkli Universitetində təhsil alan Qraden daha sonra "GoFundMe"də Hebron üçün ianə kampaniyasına başlayıb. 21 yaşlı tələbənin kampaniyası sıx maraqla qarşılanıb və evsiz adam üçün qısa müddətdə 400 min dollara yaxın pul yığılıb.
Ancaq sonradan 64 yaşlı Hebron haqqında irəli sürülən iddialar sosial mediada yaxından izlənilən ianə kampaniyasına kölgə salıb. ABŞ-ın tanınmış media qurumlarından olan "Fox"a danışan və şəxsiyyətinin açıqlanmasını istəməyən bir qadın Hebronun 2020-ci ilin iyununda ona hücum etdiyini deyib. Təhlükəsizlik kamerasına düşən hadisədə Hebron Vaşinqtonda "Foundry United Metodist" kilsəsi qarşısında yatan qadını döyüb. Həmin qadın gənc tələbənin Hebrona göstərdiyi dəstəyə hörmətlə yanaşdığını bildirərkən, yaşadığı qorxulu anları unuda bilmədiyini söyləyərək evsiz adam haqqında "Bir insanın necə davrana biləcəyini anlamıram. Onun psixoloji problemləri var və peşmanlıq hissi yoxdur” - sözlərini söyləyib.
Ancaq bu sözügedən bomjun etdiyi yeganə pis hərəkət olmayıb. ABŞ Ədliyyə Nazirliyinin "Washington Post"a (WP) istinadən verdiyi məlumata görə, Hebron 2013-cü ildə bir adamı bıçaqladığı üçün 5 il həbs cəzasına məhkum edilib. Evsizin ötən ilin iyununda qəbul olunduğu reabilitasiya mərkəzindən qaçdığı da bildirilib. Qraden isə ianə toplamağa başlayanda Hebronun cinayətlərindən xəbərsiz olduğunu söyləyib. WP-nin xəbərlərində, "GoFundMe"nin toplanan pulu dayandırdığı və onu Qradenlə Hebrona vermədiyi bildirilib. Vəziyyətdən xəbər tutan insanların pullarını geri istədikləri və Qradenin "GoFundMe"yə qarşı iddia qaldıracağını bildirilib. Digər tərəfdən, Qradenin vəkili Neyl Benyamin, tələbənin Hebron üçün çəkdiyi xərclərə görə ilkin ödəniş olaraq onlayn dəstək portalından üç min dollar tələb etdiyini söyləyib.
Elmir
@hustlanani Please help me help him !
♬ original sound - Sanai Graden (Nai)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay