Polşa: Ukrayna ilə sərhədin bağlanması problemi tezliklə həll olunacaq
Polşalı fermerlərin Ukrayna-Polşa sərhədini bağlaması problemi tezliklə həll oluna bilər.
Valyuta.az xəbər verir ki, bunu Polşa Seyminin Xarici Əlaqələr Komitəsinin rəhbəri Pavel Koval deyib.
“Fermerlərin sərhədi bağlayan problemi bir neçə həftəyə həll olunacaq”, - Ukraynanın “Strana” nəşri öz Telegram kanalında ondan sitat gətirib.
Kovalın fikrincə, həm Polşa, həm də Ukrayna hökumətləri ortaq dil, həll yolu tapmalıdır ki, Ukrayna malları satılsın və Polşa istehsalının bir neçə sektoru qorunsun.
2023-cü ilin noyabrından Polşa daşıyıcıları və fermerləri vaxtaşırı nümayişlər keçirərək, Ukrayna ilə sərhəddə keçid məntəqələrini bağlayırlar. Fevralın 9-da bütün ölkə ərazisində Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qarşı növbəti etiraz aksiyası elan edilib. Polşa fermerləri Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı və ya tamamilə qadağan etməyi tələb edirlər. Etiraz aksiyasına Polşa Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəstək verib.
Bir gün əvvəl etirazların təşkilatçılarından biri Voyçex Los bildirmişdi ki, etiraz edən polşalı fermerlər bir aydan artıqdır girişini bağladıqları Doroquska məntəqəsindən Ukraynaya yük daşınmasına icazə verməyə başlayacaqlar. Onun sözlərinə görə, sərhəddən keçən nəqliyyatın blokadasının qismən dayandırılması “ukraynalı sürücülərə ailələrinə qayıda bilmələri üçün onlara xoş niyyət jesti olacaq”. Tədbirlər martın 13-də yerli vaxtla saat 13:00-dan (Bakı vaxtı ilə 16:00) qüvvəyə minəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay