AP Ukraynadan malların sərbəst idxalının uzadılması təklifi ilə razılaşmadı
Avropa Parlamenti (AP) Avropa Komissiyasının (AK) Ukraynadan kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalı rejiminin Avropa ölkələrinə uzadılması təklifi ilə razılaşmayıb.
Valyuta.az xəbər verir ki, bu barədə qanunverici orqanın dərc olunmuş kommünikesində deyilir.
"Parlament <...> Avropa Komissiyasının Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına idxal rüsumlarının dayandırılması təklifinə düzəliş edilməsinə səs verib", - sənəddə qərara aydınlıq gətirilib.
347 deputat lehinə, 117-si əleyhinə, 99-u isə bitərəf qalıb. Müzakirə Ukraynadan malların sərbəst idxalının bir il müddətinə - 2024-cü il iyunun 6-dan 2025-ci il iyunun 5-dək uzadılması ilə bağlı olub. Deputatlar sənədə yenidən baxılmaq üçün Avropa İttifaqı Şurası ilə danışıqlar aparmaq üçün parlamentin beynəlxalq ticarət komitəsinə təqdim ediblər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay